Ep. 9: Hüquqi resepsiya və ya idxal / Nicat Rəsulzadə, Elvin İsayev, Mehran Əmirli
Hüquqi resepsiya başqa yurisdiksiyadan qanun və ya qaydaların idxalı prosesidir. Podkastda ümumiyyətlə resepsiya anlayışı, kütləvi resepsiya həyata keçirmiş ölkələrin nümunələri, Azərbaycanda resepsiya, resepsiya barədə mövcud akademik yanaşmalar, resepsiyadan sonra ortaya çıxan problemlər müzakirə olunur. Sonda problemli resepsiyanın mümkün səbəbləri barədə də söhbət aparılır.
7/17/2022 • 30 minutes, 27 seconds
Ep. 8: Astana Beynəlxalq Maliyyə Mərkəzinin məhkəməsi / Nicat Rəsulzadə və Nihat Hüseynov
Podkastda bloqun redaktorları Nicat Rəsulzadə və Nihat Hüseynov Astana Beynəlxalq Maliyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən məhkəmənin fəaliyyəti barədə müzakirə aparır. Məhkəmənin yaranma tarixi və səbəbləri (1:30), onun ümumi məhkəmə sistemindəki yeri (7:21), həmin məhkəmə tərəfindən qəbul edilən qərarların tanınıb icra edilməsi (12:20), qərarların açıqlanma qaydası (23:52), məhkəmənin fəaliyyətinin tənzimlənməsi (26:10), maliyyə mərkəzinin fəaliyyətini tənzimləyən aktların qəbul edilməsi qaydası (26:50) və məhkəmənin yurisdiksiyası müzakirə edilmişdir.
5/15/2022 • 41 minutes, 9 seconds
Ep. 7: Sürətli pul köçürmə sistemləri, virtual aktivlər və maliyyə monitorinqi w/ Əmrah Rəhmanov
Çirkli pulların yuyulmasına qarşı mübarizə barədə növbəti podkastda qonağımız Maliyyə Monitorinqi Xidmətinin hüquqşünası Əmrah Rəhmanovdur. Qonağımızla ÇPY üzrə müasir dövrdə əsasən hansı problemlərin ortaya çıxması (00:44), maliyyə monitorinqi aspektindən istifadəsi genişlənən sürətli pul köçürmə sistemləri (01:50), virtual aktivlərin çirkli pulların yuyulması üçün istifadəsi və bununla mübarizədə yeniliklər (16:54), virtual aktivlərin maliyyə monitorinqi üzrə qanunvericiliyə edilə biləcək dəyişikliklər (40:12), o cümlədən hüquq peşəsi ilə maliyyə monitorinqinin kəsişməsi və hüquqşünasların bu sahədə məsuliyyəti (46:46) barədə danışmışıq.